“Sabah” klubunun daha bir futbolçusu koronavirusdan sağalıb.

Söhbət müdafiəçi Məhəmməd Mirzəbəyovdan gedir. Futbolçununun sonuncu testi neqativ olub. “Sabah”ın koronavirusa yoluxan legioneri Ulissa Diallonun müalicəsi isə davam edir. Malili forvard yaxın günlərdə növbəti testdən keçməlidir.